"Qalatasaray"ın texniki heyəti bir müddət ehtiyat oyunçular skamyasında qalan Kərəm Aktürkoğlu barədə qərar verib.

Offsideplus.az xəbər verir ki, Kərəm Aktürkoğlu liqanın son həftəsində keçiriləcək çempionat matçında formasını geyinəcək.

Derbidə "Fənərbaxça"ya 1:0 uduzan və çempionluğu son həftəyə buraxan "Qalatasaray" ilk 11-də məcburi dəyişiklik edəcək.

Superliqada oynadığı son 7 matçda yalnız bir dəfə ilk 11-də meydana çıxan Kərəm Aktürkoğlu səfərdə "Konyaspor"la qarşılaşmada forma geyinəcək.

Derbidə sarı vərəqə alan və son matçdan əvvəl cəzalanan Hakim Ziyeşin yerinə ilk 11-likdə Kərəm Aktürkoğlunun meydana çıxacağı gözlənilir.

Kerem Aktürkoğlunun qayıdışı ilə Barış Alper Yılmazın sağ cinaha keçəcəyi qeyd edilir.

Superliqanın son həftəsində keçiriləcək “Konyaspor” – “Qalatasaray” matçı mayın 26-sı bazar günü saat 20:00-da başlayacaq.