"Barselona"nın prezidenti Joan Laporta La Liqanın 37-ci turunun "Rayo Valyekano" ilə oyunundan (3:0) sonra Kataloniya yığmasının baş məşqçisi Xavi ilə danışıb.

Offsideplus.az xəbər verir ki, bu barədə "COPE" məlumat yayıb.

Mənbənin sözlərinə görə, Laporta matçdan sonra Xavi ilə soyunub-geyinmə otağında görüşüb və onu komandanın çempionatı ikinci olması münasibətilə təbrik edib. Onlar “Sevilya” ilə oyundan sonra görüşüb gələcəyi müzakirə etmək barədə razılığa gəliblər.

Qeyd edək ki, "Sevilya" - "Barselona" matçı mayın 25-də, saat 23:00-da baş tutacaq.