Bu gün Azərbaycan Premyer Liqasında XXXV tura yekun vurulub.
Offsideplus.az xəbər verir ki, turun son günündə bir matç keçirilib.
Yeganə qarşılaşma Qəbələ şəhər stadionunda baş tutub. Çempionatın autsayderlərinin duelində “Qəbələ” “Araz-Naxçıvan”la qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, sonuncu – XXXVI turun oyunları mayın 25-26-da keçiriləcək.
Azərbaycan Premyer Liqası
XXXV tur
19 may (bazar)
16:00. “Qəbələ”– “Araz-Naxçıvan” 2:0
Qol: Osama Xalayla, 50, Əyyub Allaş, 87
Baş hakim: Elvin Bayramov
Qəbələ şəhər stadionu



