"Qarabağ"ın əfsanəvi çalışdırıcısı Qurban Qurbanov məşqçilik karyerasını Avropanın nəhəng klubunda davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, 51 yaşlı mütəxəssislə İtaliya A Seriyasında çıxış edən "Latsio" klubu yaxından maraqlanır. Paytaxt təmsilçisi hazırkı baş məşqçi Maurissio Sarri ilə yolları ayırmaq niyyətindədir. Klubun namizədləri arasında həmyerlimiz də yer alıb. "Qartallar" bununla bağlı "köhlən atlar" rəhbərliyi ilə hələlik heç bir əlaqə saxlamayıb.
Qeyd edək ki, Qurbanovun Azərbaycan çempionu ilə müqaviləsi 2025-ci ilin yayında başa çatır.