Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
"Offsideplus.az" xəbər verir ki, quurm üzvləri Əvəzedicilər liqasının son turunda baş verənlərlə bağlı aşağıdakı qərarları çıxarıb:
03.12.2023-cü il tarixində Əvəzedicilər liqasının XV turunun "Araz-Naxçıvan-2" – "Səbail-2" oyununun 90+3-cü dəqiqəsində "Araz-Naxçıvan-2" komandasının 85 nömrəli futbolçusu Ayxan Məcidov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, "Araz-Naxçıvan-2" komandası 50 manat cərimə edilir (maddə 36.5);
03.12.2023-cü il tarixində Əvəzedicilər liqasının XV turunun "Araz-Naxçıvan-2" – "Səbail-2" oyununda "Səbail-2" komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə "Səbail-2" komandası 70 manat cərimə edilir (maddə 37);
04.12.2023-cü il tarixində Əvəzedicilər liqasının XV turunun "Turan Tovuz-2" – "Sumqayıt-2" oyununda "Sumqayıt-2" komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə "Sumqayıt-2" komandası 70 manat cərimə edilir (maddə 37);
04.12.2023-cü il tarixində Əvəzedicilər liqasının XV turunun "Turan Tovuz-2" – "Sumqayıt-2" matçının oyunöncəsi iclasında təhlükəsizlik nümayəndəsi iştirak etmədiyinə görə "Turan Tovuz-2" komandası 80 manat cərimə edilir (maddə 73.1);
04.12.2023-cü il tarixində Əvəzedicilər liqasının XV turunun "Kəpəz-2" – "Sabah-2" oyununun 48-ci dəqiqəsində "Kəpəz-2" komandasının 30 nömrəli futbolçusu Sənan Kərimov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, "Kəpəz-2" komandası 50 manat cərimə edilir (maddə 36.5);
04.12.2023-cü il tarixində Əvəzedicilər liqasının XV turunun "Kəpəz-2" – "Sabah-2" oyununun 85-ci dəqiqəsində "Sabah-2" komandasının 13 nömrəli futbolçusu İdris İnqilablı ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, "Sabah-2" komandası 50 manat cərimə edilir (maddə 36.5);
04.12.2023-cü il tarixində Əvəzedicilər liqasının XV turunun "Zirə-2" – "Neftçi-2" oyununun 57-ci dəqiqəsində "Zirə-2" komandasının 52 nömrəli futbolçusu Emil Bayramov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, "Zirə-2" komandası 50 manat cərimə edilir (maddə 36.5);
04.12.2023-cü il tarixində Əvəzedicilər liqasının XV turunun "Zirə-2" – "Neftçi-2" oyununun 10-cu dəqiqəsində "Zirə-2" komandasının baş məşqçisi Zaur Həşimov hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, "Zirə-2" komandası 150 manat cərimə edilir (maddə 42.3).



