"Bu gün çox yaxşı oyun gördük. Hər iki komanda hücum edirdi. Gərgin matç izlədik. Hər iki tərəf qələbə qazana bilərdi. Komandam xarakter göstərdi. Çox vacib qələbə qazandıq".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Sabah" klubunun baş məşqçisi Murad Musayev Misli Premyer Liqasının 13-cü turunda səfərdə "Turan Tovuz"a 3:2 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Rusiyalı çalışdırıcı D.Volkovun het-trik etməsi ilə bağlı söyləyib: "David həmişə qolçu keyfiyyətlərini göstərir. O, yaxşı məşq edir. Heç vaxt həvəsdən düşmür. Milli komandaya yaxşı əhvalda gedəcək".
Mütəxəssis komandasının ardıcık iki qələbə qazanmasına nəyin mane olması ilə bağlı sualı belə cavablandırıb: "Əvvəlki matçda hakimin qeyri-peşəkarlığı imkan vermədi. Razıyam, stabil deyilik, bəzi matçlarda yaxşı çıxış etməmişik. Bunun üzərində işləyəcəyik".