Misli Premyer Liqasının X turunun "Sabah" - "Sumqayıt" oyunundan (3:1) sonra meydan sahibi komandanın baş məşqçisi Murad Musayev jurnalistlərin suallarını cavablandırıb.
Offsideplus.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi...
- Çətin oyun oldu, vacib qələbə qazandıq. Uşaqlar xarakter göstərdilər. Oyuna sonradan daxil olanlar da yaxşı təsir bağışladı. Bərabərsəviyyəli oyun alındı. "Sumqayıt"a təşəkkür edirəm, biz avrokuboklarda oynayanda bizə güzəşt edib, oyunun təxirə salınmasına kömək etmişdilər.
- Yusif İmanov son oyunlarda küncdən gələn zərbələrdən qol buraxır. Problem nədədir?
- Hər qolun öz səbəbi var. Bəzən canlı səddi düzgün qoymur, bəzən düzgün mövqe seçmir.
- Yusifi vaxt apardığına görə paltardəyişmə otağında da onunla danışdız?
- Yusifə kəskin şəkildə dedim ki, belə hal təkrarlanmasın. Üçüncü qolu vurmalıydıq. Məğlub olaq, amma belə şeylər etməyək.
- Üç gün sonra "Sumqayıt"la səfər görüşü olacaq. Bugünkü qələbənin davamını gətirə biləcəksiz?
- Ümid edirəm ki, hə. İnanıram ki, getdikcə daha yaxşı olacağıq. Əzmkar qələbəyə görə şadam. İnanıram ki, düşdüyümüz vəziyyətdən çıxacağıq.
- Qarşıda "Sumqayıt" və "Neftçi" səfəri var. Bu görüşlərlə bağlı fikirləriniz nədir? Matçlara qədər bərpa oluna biləcəksiz?
- 3-4 gündən bir oyun olacaq. Bu, normaldır. Avrokuboklarda oynamaq istəyən belə qrafikə uyğunlaşmalıdır. Heyətlə bağlı problemlərimiz var. Marqarita və Till yığmasında zədə alıb.
- Hakimlər məşqçilərə tez-tez vərəqələr göstərir. Bu haqda nə düşünürsüz?
- Qaydalara riayət etməliyik. Daha təmkinli olmalıyıq. Bu gün emosional idim.
Nuh