Misli Premyer Liqasının X turunun "Sabah" - "Sumqayıt" oyunundan (3:1) sonra qonaq komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb.

Offsideplus.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi...

- Ən yaxşı oyunlarımızdan biri idi. Xüsusilə, ilk hissə əla oldu. Bunu saxlamalıyıq. Yeni gələnlər üçün çətindir. Belə çətin məqamlarda məsuliyyəti üzərlərinə götürməyi bilməlidilər. Top bəzən rəqibə daha çox keçirdi. Bu vaxtda da nə edəcəyimizi bilirdik. Məyus edən İsa Sulimanın zədəsidir. 4 gün sonra Sumqayıtda bu komanda ilə qarşılaşacağıq. Yaxşı oyun olacağını düşünürəm.

- Hakimin sarı vərəqə verməsi ilə razısız?

- Hər sözə dərhal vərəqə verilir. Məşqçi söz deyər, etiraz edər. Biz də oyunun içindəyik, əsəbləşirik, emosional oluruq. Hər sözə sarı verirlir. Niyə? Bəzən güzəşt edilməlidir. Hakimlik bu gün pis deyildi. Etirazlar hər iki məşqçi tərəfdən də var idi. Bu, oyunun gərginliyidir. Normal şeylərdir. Emosional insanam. Birinci vərəqəm də deyil, sonuncu da.

- Nəticə üçün nə çatmadı?

- Narazı qaldığım məqamlar var. 4 gün sonra oyun var və nəsə deyə bilmərəm. Bəzi oyunçuların üzərində dayanacam. Sadə epizodlarda məsuliyyəti üzərinə götürməyənlər oldu. Kölgədə dayanmaq komandaya da təsir edir. Bunları düzəldəcəyimizə inanıram. Bizə görə keyfiyyətli oyunçulardır. Yenidilər, bu komandaları tnaıya-tanıya düzələcək.

- Murad Musayev tez-tez rəqiblərin vaxt uzatdığınl deyir. Sizin buna münasibətiniz nədir?

- Yusif İmanov yerdə qalanda kinayə ilə əl çaldım. Bu, sırf Mursd Musayevə və "Sabah"a cavab idi. Görürsüz, sizdə də olur. Oyundan sonra futbolçular da yaxınlaşdı ki, siz düz deyirsiz. "Neftçi"də olanda burada "Sabah"a 2:0 qalib gəlirdij. Sonra qollar vuruldu. Həmin matçda Saşa Stamenkoviş vaxt uzadırdı. Həmin oyundan sonra vaxtın uzadılması ilə bağlı narazılıq etdim, lakin tənqid olundum. Vaxt apardığı üçün komandadan futbolçu qovmuşam, cərimələr yazmışam. Mənim komandalarım heç vaxt oyunun vaxtını uzatmayıb. Uzadanda da qələbə üçün ediblər.

Nuh