Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella yığmanın tarixinə düşüb.
Offsideplus.azOffsideplus.az xəbər verir ki, o, Türkiyə yığması ilə Avropa çempionatının final mərhələsinə çıxmağı bacaran ilk əcnəbi mütəxəssis olub.
Vinçentso Montella Türkiyə millisini iki dəfə meydana çıxarıb. Bu qarşılaşmalarda "ay-ulduzlular" Xorvatiyanı 1:0, Latviyanı 4:0 məğlub edib. Həmçinin, Latviya üzərindəki qələbədən sonra Türkiyə millisi 6-cı dəfə Avropa çempionatını mərhələsinə vəsiqəni təmin edib.
Avro-2024 Almaniyada keçiriləcək.



