Misli Premyer Liqasının IX turunun "Sabah" - "Araz-Naxçıvan" oyunundan (1:1) sonra meydan sahibi komandanın baş məşqçisi Murad Musayev jurnalistlərin suallarını cavablandırıb.
Offsideplus.az xəbər verir ki, baş məşqçi əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi.
- Demək olar, üstünıük bizdə idi. Çoxçu qol imkanları yaratdıq. Təəssüf olsun ki, öz qapımıza qol vurduq. Buna baxmayaraq, uşaqlara əhsən düşür. Sona qədər mübarizə aparıb, hesabı bərabərləşdirdik.
- Milli komandaların oyunlarıma görə yaranacaq fasilənin yeni transferlərin oyunlara uyğunlaşmasına mane olmayacaq?
- İnanıram ki, fasilə bizim üçün faydalı olacaq. Komandanın yarısı bizimlə olmayacaq. Çalışıb, hazırlaşacağıq.
- "Sabah"ın yavaş-yavaş enişdən çıxdığını düşünmək olar?
- Qələbə lazımdır. Pis oynasaq da, vacib olan qələbədir.
Nuh Tarverdiyev