Bu gün İntizam Komitəsinin növbəti iclası keçirilib.
Offsideplus.az xəbər verir ki, Misli Premyer Liqasının III turu üzrə keçirilən “Sabah” – “Neftçi” oyunu ilə bağlı qərarlar qəbul olunub.
"Sabah”ın 7 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 700 manat, “Neftçi”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə isə "ağ-qaralar" 700 manat cərimə edilib.
“Sabah”ınn baş məşqçisi Murad Musayev oyunun bərpasını ləngitdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanıb, “Sabah” klubu 1000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.
“Sabah” və "Neftçi" klubunun azarkeşləri tərəfindən oyunun rəsmi şəxslərinin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə hər iki kluba xəbərdarlıq olunub.