Xəbər verdiyimiz kimi, Misli Premyer Liqasının 3-cü turunun bu gün keçirilən “Sabah” - “Neftçi” oyununda (1:1) qalmaqal baş verib.
87-ci dəqiqədə meydan sahibi komandasının müdafiəçisi Amin Seydiyevin rəqib futbolçu Andre Şinyaşikiyə qarşı kobud hərəkət edib. Bundan dərhal sonra “Sabah”ın baş məşqçisi Murad Musayev futbolçusunun hərəkətinə etiraz olaraq onu itələyib. Həmin an baş hakim Əliyar Ağayev rusiyalı mütəxəssisə birbaşa qırmızı vərəqə göstərib.
Oyun vaxtı Musayevin qırmızı vərəqəni dəqiq nəyə görə aldığını müəyyənləşmək çətin olub. Oyunun gedişatı zamanı məşqçi bir neçə dəfə hakimlərin qərarına etiraz edib.
Matçın rəsmi protokolunda qeyd olunur ki, Murad Musayev "oyunun bərpasının ləngildilməsinə görə" qırmızı vərəqə alıb.