Birinci Diviziona yuvarlanan "Şamaxı"da daha bir ayrılıq reallaşıb.

"Şirlər"in mərkəz yarımmüdafiəçisi Əli Səmədov da komandanın sıralarını tərk edib.

Məsələ ilə bağlı 25 yaşlı futbolçu ilə əlaqə saxladıq. O, Offsideplus.az-a açıqlamasında Şamaxı təmsilçisindən ayrılma səbəbini belə izah etdi:

"Yenidən elitada oynamaq üçün bu addımı atdım. Başqa heç bir səbəb yoxdur. "Şamaxı" rəhbərliyi mənə hər zaman dəstək olub. Buna görə onlara təşəkkür edirəm. "Şamaxı"ya, keçmiş komanda yoldaşlarıma uğurlar arzu edirəm".

Qeyd edək ki, Səmədovun yenidən "Kəpəz"də çıxış edəcəyi gözlənilir.

Offsideplus.az