Misli Premyer Liqasının 2022/23 mövsümündə 17 hakimin oyunları idarə etməsi ilə rekord qırılıb. 

Offsideplus.az PFL-nin rəsmi saytına istinadən xəbər verir ki, onlardan üçü daha çox – hərəyə 16 matçda ədaləti qoruyub. Mövsümün liderləri Əliyar Ağayev, Fərid Hacıyev və Tural Qurbanov olub.

Elçin Məsiyevlə Rəşad Əhmədov hərəyə 15, Rəvan Həmzəzadə 14 dəfə meydana baş hakim kimi çıxıb. 12 referi 10 və ya daha çox matçda söz sahibi olub. Üç hakim isə yalnız bir qarşılaşmanı idarə edib.

Bir mövsümdə 17 baş hakimin meydana çıxması son 12 ilin rekordudur. Daha yüksək göstərici sonuncu dəfə 2010/11 mövsümündə yaşanıb. Həmin vaxt 19 ədalət təmsilçisi baş hakim kimi təyinat alıb. Sonrakı mövsümlərdə bu rəqəm aşağı olub.

1-3

Əliyar Ağayev

16

 

Fərid Hacıyev

16

 

Tural Qurbanov

16

4-5

Elçin Məsiyev

15

 

Rəşad Əhmədov

15

6

Rəvan Həmzəzadə

14

7-8

İnqilab Məmmədov,

13

 

Rauf Allahverdiyev

13

9

Rauf Cabarov

12

10-11

Cavid Cəlilov

11

 

Kamal Umudlu

11

12

Nicat İsmayıllı

10

13

Kamranbəy Rəhimov

8

14

Vüqar Həsənli

7

15-17

Əli Əliyev

1

 

Emin Əliyev

1

 

Kamran Əliyev

1