Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası sabah Gürcüstanın müvafiq yaş qrupu ilə üzləşəcək.
Offsideplus.az xəbər verir ki, 8 və 11 iyun tarixlərində baş tutacaq yoldaşlıq oyunlarınıidarə edəcək hakimlər açıqlanıb. Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Yoldaşlıq oyunlarını idarə edəcək hakimlər:
Azərbaycan U-17 – Gürcüstan U-17
8 iyun. Qəbələ şəhər stadionu, II meydança. Saat 18:00
Hakimlər: Emin Əliyev, Asif Abdullayev, Anar Bədəlov, Namiq Bəkirov
Azərbaycan U-17 – Gürcüstan U-17
11 iyun. Qəbələ şəhər stadionu, II meydança. Saat 18:00
Hakimlər: Əli Əliyev, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Elvin Bayramov