Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2022-23 mövsümünün qalibi müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, həlledici görüşdə "Neftçi" və "Qəbələ" üz-üzə gəlib. "Bakcell Arena"da keçirilən görüşün əsas vaxtında komandalar qapılara yol tapa bilməyiblər. Buna görə də matç əlavə vaxtda davam edib.
Bu vaxt "Qəbələ"dən İsnik Alimi 102-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Oyunda başqa qol olmayıb. Nəticədə "Qəbələ" Azərbaycan kubokunun sahibi olub.
3 iyun
Azərbaycan Kuboku, final
20:00. "Neftçi" - "Qəbələ" 0:1
Qol: İsnik Alimi, 102-pen.
"Bakcell Arena" stadionu.