"Qəbələ" klubunun kapitanı Murad Musayev Azərbaycan Kubokunun "Neftçi" ilə keçiriləcək final matçından öncə baş tutan mətbuat konfransında iştirak edib.
Offsideplus.az xəbər verir ki, 29 yaşlı müdafiəçi sabahkı finalla bağlı bunları deyib:
"Bizim üçün çox önəmli oyundur. Yaxşı hazırlaşmışıq. Əlimizdən gələni edəcəyik ki, kuboka sahib olaq. Azarkeşlərin daha çox olması yaxşıdır. Bu stadion "Qəbələ" üçün uğurludur. Düşünürəm ki, sabah da belə olacaq".