"Neftçi" klubu sabah Azərbaycan Kubokunun final matçında "Qəbələ" ilə üz-üzə gələcək.
Offsideplus.az xəbər verir ki, oyundan əvvəl təşkil olunan mətbuat konfransında paytaxt təmsilçisinin baş məşqçisi Laurentsiu Regekampf finalla bağlı danışıb:
"Final oyunudur. Çox çətin görüş olacaq. Hər iki komanda kuboku qazanmaq üçün motivasiyalıdır. "Qəbələ" yaxşı komandadır. Onlara hörmətlə yanaşmalıyıq. Finala qədər gəldikləri yola nəzər yetirməliyik. "Qəbələ" çox yaxşı komandalara qalib gələrək finala çıxıb. Döyüş ruhu çox olan final matçına hazır olmalıyıq. Sabahkı oyunda qalib gəlmək üçün hər şey edəcəyik. Əlimizdə olan şansdan yararlanmağa çalışacağıq ki, kuboku qazanaq. Oyuna hazırıq. Şanslar 50/50-dir".