"Sabah" klubu Misli Premyer Liqasının 34-cü turunda səfərdə "Sumqayıt"ı 4:0 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Masazır təmsilçisinin baş məşqçisi Murad Musayev jurnalistlərin suallarını cavablandırıb:
- Cox önəmli matç idi. Futbolçulara təşəkkür edirəm. Onlar öz peşəkarlıqlarını göstərdilər. Bu matç komandanın turnir cədvəlindəki mövqeyini dəyişmirdi. Buna baxmayaraq, gözəl oyun sərgilədik. Pressinqdə aktiv idik, sürətli hücumlar gördük. Bir az hakimlik barədə danışmaq istəyirəm. Qələbə qazandığımıza görə demirəm, bu gün hakim oyunu yaxşı idarə etdi, sərt oynamağa imkan verdi. Bu, çox xeyirlidir. Dünən Çempionlar Liqasının yarımfinal matçına baxdıq. Orada da hakim oyunun tempini yüksək tutdu.
- Aleksey Kaşuku komandada saxlamaq perspektivini necə dəyərləndirirsiz?
- Hazırda heç nə deyə bilmərəm. Əlbəttə ki, saxlamaq çox çətindir. Biz Alekseyi istəyirik. Amma o, "Şaxtyor"a məxsusdur. Ola bilər ki, ötən il olduğu kimi Kaşuku təlim-məşq toplanışına cəlb etsinlər. Hələlik sirdir. Amma biz Kaşuku komandada saxlamaq istəyirik.
- Avrokuboklar öncəsi daha çox hansı mövqeyə transfer edəcəksiz?
- Bütün mövqelərə. Müdafiə, yarımmüdafiə və hücuma yeni qan cəlb etmək istəyirik.
- İzlədiyiniz futbolçular var?
- Çox çətin prosesdir. İnanıram ki, təlim-məşq toplanışına kimi əsas transferləri edə biləcəyik. İş gedir, klub danışıq aparır, mən danışıram. Oyunçu yaxşı olduqda bura gəlmək şansı azalır.
- Rusiyada nüfuzlu məşqçilərdənsiz. Həmin hörmətinizdən istifadə edib beynəlxalq arenaya çıxışı olmayan Rusiya klublarından futbolçu gətirəcəksiz?
- Bir-iki belə futbolçu var ki, danışırıq. Amma yenə də çətindir. Çünki, Rusiyadakı məvaciblər bizdən çoxdur.