Azərbaycan kubokunda yarımfinal mərhələsinin oyunlarını 12600 tamaşaçı izləyib.

Offsideplus.az PFL-nin rəsmi saytına istinadən xəbər verir ki,  “Neftçi” və “Turan Tovuz”un hər iki matçında eyni sayda – 5000 seyrçi olub. “Səbail”lə “Qəbələ”nin duellərində də iki dəfə eyni rəqəm qeydə alınıb – 1300 izləyici.

Yarımfinal matçlarında ümumi tamaşaçı sayı son 10 mövsümün mütləq rekordudur. Daha çox azarkeşə sonuncu dəfə 2012/13 mövsümünə təsadüf edib. Həmin vaxt bu raundun dörd görüşündə 16420 tamaşaçı olub. Bunun 10000 nəfəri bir qarşılaşmaya - “Xəzər Lənkəran” – “Bakı” duelinə şahidlik edib.
2008-ci ildən PFL bayrağı altında keçirilən kubokun yarımfinalları üçün ən yüksək tamaşaçı sayı 2010/11 mövsümünə məxsusdur. Həmin vaxt 4 qarşılaşmanı 21400 seyrçi izləyib.
Qeyd edək ki, koronavirus pandemiyası üzündən 2019/20 mövsümündə yarımfinal baş tutmayıb, 2020/21 mövsümü tamaşaçısız keçirilib.

Son 15 mövsümün yarımfinalında tamaçaçı sayı:

2008/09 - 4500

2009/10 - 15400

2010/11 - 21400

2011/12 - 6000

2012/13 - 16420

2013/14 - 9000

2014/15 - 7400

2015/16 - 12316

2016/17 - 9600

2017/18 - 10900

2018/19 - 5900

2019/20 - -

2020/21 - -

2021/22 - 4700

2022/23 - 12600