"Neftçi" klubu Misli Premyer Liqasının 31-ci turunda səfərdə "Səbail"lə 1:1 hesablı heç-heçə edib.
Offsideplus.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Laurentsiu Regekampf jurnalistlərin suallarını cavablandırıb:
"Bütün futbolçuları bərpa edib bu oyuna hazırlamaq çətin idi. Düşünürəm ki, bu gün hər top uğrunda mübarizə apardıq. İlk hissədə yaxşı oyun nümayiş etdirdik. İkinci hissədə çalışdıq, amma rəqib qapısı qarşısında böyük şanslar yarada bilmədik. Bütün fikrimiz kubokun cavab matçındadır. Evdə oynayacağıq. Ümid edirəm ki, bizi dəstəkləməyə çoxlu azarkeş gələcək".
Mətbuat konfransının videosunu təqdim edirik: