"Klubla yığma futbolun tamamilə fərqli anlayışlardır. Klubda iş gündəlik fəaliyyət və iştirak tələb edir. Azərbaycanda 3 il baş məşqçi oldum və gördüm ki, yığmadakı iş klubdakından xeyli fərqlənir".
Offsideplus.az xəbər verir ki, bu sözləri Bosniya və Herseqovina millisinin yeni baş məşqçisi Robert Prosineçki RTRS telekanalına müsahibəsində deyib.
O bildirib ki, milli komanda üçün ölkə xaricindən istedadlı oyunçu seçimi aparıldığından, klubdakı kimi hazırlıq və analizə vaxt az qalır: "Yarışların təqvimi üzündən, milli komandada itirilmiş şanslar daha baha başa gəlir".
Qeyd edək ki, Robert Prosineçki 2014-2017-ci illərdə millimizi çalışdırıb.
qol.az