Rusiya Milli Futbol Liqasında mübarizə aparan "Rubin" klubu "Sabah"ın baş məşqçisi Murad Musayevə təklif göndərib. 

Offsideplus.az xəbər verir ki, bu barədə “Sport-Express” nəşri məlumat yayıb. 40 yaşlı mütəxəssis indiki baş məşqçi Yuri Utkulbayevlə yollarını ayırmağa hazırlaşan Kazan təmsilçisinin yeni baş məşqçi namizədləri arasındadır. Klub Musayevlə əlaqəyə keçsə də, təklif geri çevrilib. "Sabah"ın çalışdırıcısı mövsümün gedişində komandasını dəyişmək fikrində olmadığını bildirib.

Qeyd edək ki, 26 turdan sonra 47 xalla ikinci pilləni tutan “Rubin” Premyer Liqaya yüksələ bilər.