Toral Bayramov cari mövsümün sonu  "Qarabağ"dan ayrıla bilər.

Offsideplus.az Fanat.Az-a istinadən xəbər verir ki, 22 yaşlı oyunçu karyerasını "Neftçi"də davam etdirə bilər. "Ağ-qaralar" gənc futbolçu üçün hələ ki, Ağdam təmsilçisinə rəsmi təklif göndərməsə də, futbolçu və "Qarabağ" rəhbərliyi "Neftçi"nin planından xəbərdardır. 

 Azərbaycan yığmasının üzvü ilə daha yaxşı maddi şərtlər fonunda uzunmüddətli müqavilə bağlamağı hədəfləyən "Neftçi" rəhbərliyi bu keçid üçün qarşı tərəfə təzminat ödəməyə hazırdır. Bayramov "Qarabağ"ı tərk etmək istəsə, onun bu yay Bakı təmsilçisinə satılması mümkündür. 

Qeyd edək ki, Bayramovun "Qarabağ"la müqaviləsinin müddəti 2026-cı ildə başa çatır.