AVRO-2024-ün seçmə mərhələsi üzrə martın 24-də keçiriləcək Avstriya - Azərbaycan oyunu üçün biletlər tükənib.
Offsideplus.az xəbər verir ki, “Raiffeisen Arena”dakı qarşılaşma üçün satışa çıxarılan 17 000 biletlərin hamısı satılıb. Avstriya Futbol Assosiasiyasının baş direktoru Bernhard Neuhold oyun üçün satışda cəmi 1000 biletin qaldığını bildirib.
Qeyd edək ki, Avstriya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də oynanılacaq.