Sabah Misli Premyer Liqasında 25-ci tura start veriləcək.

 Offsideplus.az xəbər verir ki, 17 xalla turnir cədvəlinin son pilləsində qərarlaşan "Səbail" öz meydanında digər autsayder - "Sumqayıt"ı sınağa çəkəcək.

"Dənizçilər"in 27 yaşlı müdafiəçisi Adil Nağıyev saytımıza açıqlamasında bu matça yüksək motivasiya ilə hazırlaşdıqlarını bildirdi:

"Bizi çətin qarşılaşma gözləyir. Son matçlarda yaxşı oyun nümayiş etdiririk. Bu görüşdə qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Qazanılacaq 3 xal bizi son pillədən qurtaracaq. Matçın əhəmiyyətini dərk edirik. Oyuna yüksək motivasiya ilə hazırlaşmışıq. Səbirsizliklə görüşü gözləyirik".

Qeyd edək ki, martın 4-də keçiriləcək "Səbail" – "Sumqayıt" oyunu saat 16:00-da start götürəcək.

Daşqın Əziz