Azərbaycan millisinin türk əsilli üzvü Ozan Can Kökçü bir dəqiqəlik sükut zamanı göz yaşlarını saxlaya ola bilməyib.
Offsideplus.az xəbər verir ki, Niderland İkinci Liqasında baş tutan "Villem II" - "Eyndhoven" matçından öncə Türkiyədəki zəlzələ qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. "Eyndhoven"də çıxış edən Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçü həmin an kövrəlib.
Matç ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydana start heyətdə çıxan Ozan sonadək oynayıb.
Qeyd edək ki, “Eyndhoven” hazırda 39 xalla 20 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.