“Neftçi” klubunun baş məşqçisi Laurentsiu Regekampf Premyer Liqanın 21-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Offsideplus.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında bunları deyib:
“Yaxşı oyun göstərdik. Əvvəldən sona qədər nəzarət bizdə idi. Qol şansları zamanı daha diqqətli olmayıq. Ötürmələri dəqiq etməliyik. Bu inamı mənə oyunçularım verib. Onların meydana çıxması mənə inam verdi. Bu cür davam etməliyik. İkinci oyundur ki, eyni heyətlə oynadıq. Bu, oyunçular üçün də çox yaxşıdır.
Azər Əliyevin daimi oynadığı mövqe sol cinahdır. Hazırda Eddi İsrafilov olmadığı üçün bizə yerli oyunçu lazımdır. Belə olduğu halda, Azər Əliyev ən yaxşı variantdır. Mən ondan razıyam. İki oyundur mərkəzdə çıxış edir və biz qələbə qazanırıq. Oyundan-oyuna futbolçularımın çıxışına nəzər yetirdikdə görürəm ki, bir-birlərini daha yaxşı başa düşürlər”.