Antalyada təlim-məşq toplanışında “Sumqayıt” son yoxlama oyununu Rusiya Premyer Liqası təmsilçisi “Krılya Sovetov” komandasına qarşı keçirəcək.
Offsideplus.az xəbər verir ki, bu barədə "gənclik" şəhər təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
“Titanic Mardan” hotelinin idman kompleksində baş tutacaq qarşılaşma yanvarın 17-də yerli vaxtla saat 14:30-da başlayacaq.
Qeyd edək ki, “Sumqayıt” daha öncə Türkiyədə Serbiya təmsilçisi “Radnik”lə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.