“Qarabağ” klubunun qapıçısı Şahruddin Məhəmmədəliyev avrokuboklardakı bəzi matçlarda etdiyi səhvlərdən sonra ona yönələn tənqidlərə münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, 28 yaşlı qapıçı İnstaqramdakı səhifəsində izləyicilərinin suallarını cavablandırarkən bu məsələyə də toxunub.
“Tənqidlərin olması normaldır. Bu, bəzən düzgün nəticə çıxarmağa yardımçı olur” - deyə o bildirib.