Bu gün Azərbaycan Kubokunda son yarımfinalçıların adına aydınlıq gəlib.
Offsideplus.az xəbər verir ki, 2-ci oyun günündə daha 2 görüş keçirilib.
Əvvəlcə "Turan Tovuz" "Kəpəz"i qəbul edib. Görüş 2:2 hesabı ilə yekunlaşıb. Komandalar arasında keçirilən ilk oyunda "Turan Tovuz" 2:1 hesablı qələbə qazanıb. Buna görə də "Turan Tovuz" 2 oyunun cəmində yarımfinala adlayıb.
Digər oyunda isə "Neftçi" öz meydanında "Zirə" ilə qarşılaşıb.Oyunun əsas vaxtı "Neftçi"nin 2:1 hesablı üstünlüyü ilə başa çatıb. İlk oyunda "Zirə" 1:0 hesablı qələbə qazandığından görüşdə əlavə vaxt oynanılıb. Burada daha bir qol vuran "Neftçi" 3:1 hesablı qələbə ilə yarımfinala yüksəlib.
Beləliklə, yarımfinalda "Qəbələ" "Səbail"lə, "Neftçi" "Turan Tovuz"la qarşılaşacaq.
20 dekabr
Azərbaycan Kuboku, 1/4 final, cavab oyunları
14:00. "Turan Tovuz" - "Kəpəz" 2:2
Qollar: Faiq Hacıyev, 15. Xəyal Nəcəfov, 16. - Fərid Nəbiyev, 32. 48.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüsal Məmmədov, Kamal Umudlu
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Seymur Səlimli
Tovuz şəhər stadionu.
İlk oyun - 2:1
19:00. "Neftçi" - "Zirə" 3:1 (Əlavə vaxt)
Qol: Yeqor Boqomolski, 3, Emin Mahmudov, 45+1, Loris Broqno, 89, Kenni Sayef, 95
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Cavid Cəlilov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
"Bakcell Arena".
İlk oyun - 0:1