DÇ-2022-dən sonra Belçika millisindəki vəzifəsindən istefa verən Roberto Martinesin yerinə əsas namizəd Tyerri Anridir.
Offsideplus.az xəbər verir ki, Belçika Futbol Assosiasiyasının yığmanın baş məşqçi vəzifəsinə digər namizədi Vensan Kompanidir. Buna baxmayaraq, federasiyanın Tyerri Anri ilə danışıqlar apardığı bildirilir.
Anri millinin baş məşqçisi təyin olunarsa, komandanı Avropa çempionatının seçmə mərhələsində Azərbaycanla oyuna o, çıxaracaq.
Qeyd edək ki, F qrupu üzrə Belçika ilə Azərbaycan milliləri arasında ilk oyun 2023-cü il sentyabrın 9-da Bakıda, cavab görüşü noyabrın 19-da Brüsseldə keçiriləcək.