Misli Premyer Liqasının 13-cü turunun "Sumqayıt" - "Neftçi" matçından (2:2) sonra qonaq komandanın baş məşqçisi Laurentsiu Regekampf jurnalistlərin suallarını cavablandırıb.
Offsideplus.az xəbər verir ki, o, əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:
- Yaxşı oynamadıq. İlk dəqiqələrdən oyuna aqresiv başlamadıq. Şanslarımızı dəyərləndirə bilmədik. Bizim oyunçuların səviyyəsinə baxanda, çox asan qollar buraxdıq. Belə şeylər baş verməli deyil.
- Müdafiədə olan boşluqların səbəbi nədə idi?
- Tək müdafiədə boşluq olduğunu deməzdim. Bütün komanda aqresiv oynamadı. Topu saxlaya bilmir, sürətli oynamırdıq. Məsələ tək müdafiədən getmir. Bütün komanda şəklində yaxşı müdafiə olunmadıq.
- Rəqib baş məşqçi ilə mübahisənizin səbəbi nə idi?
- Bunu şərh edə bilmərəm. İkimizin arasında olan bir şeydir.
- Aqil Məmmədov nə üçün heyətdə yox idi?
- Xəstələnib.
- Rəqib "Sumqayıt" yox, başqa komanda olsaydı, Rza Cəfərov qapıda duracaqdı?
- Yerli oyunçularımız az idi. Rəhman Hacıyev 2-3 gündür komanda ilə məşq edir. Bir müddət idi kənarda qalmışdı. Yerli futbolçu baxımından seçim qarşısındaydıq. Bu cür problemlərlə mübarizə aparmağa çalışırıq. Rza yaxşı oynadı. İlk qolda bəxti gətirmədi. İkinci qolda da heç nə edə bilmədi. Komandaya inam verən oyun sərgilədi. Belə davam etsə, yaxşı qapıçş olacaq.