17 yaşadək futbolçuardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində bu gün son oyununu keçirəcək.
Offsideplus.az xəbər verir ki, millimiz Bosniya və Herseqovinanın Kakanj şəhərində təşkil olunan qrup mərhələ oyununda Lixtenşteynin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Xatırladaq ki, yığmamız bundan əvvəlki oyunlarda Ukraynana 2:5, Bosniya və Herseqovinaya 0:1 hesabıyla məğlub olub.
Avropa çempionatı
Seçmə mərhələ, 3-cü tur
16:30 Lixtenşteyn - Azərbaycan
Kakanj. Mladost Stadium.
Hakimlər: Eldorjan Hamiti, Xhulio Mani (Albaniya), Arnel Novalic, Benjamin Deljkovic (Bosniya və Herseqovina)