17 yaşadək futbolçuardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, Bosniya və Herseqovinada baş tutan oyunda millimiz meydan sahibləri ilə üz-üzə gəlib.
Azərbaycan yığması bu görüşdə 0:1 hesablı məğlubiyyətlə üzləşib.
Xatırladaq ki, ilk turda millimiz Ukraynaya da 2:5 hesabıyla uduzmuşdu. Komandamız seçmə mərhələdə növbəti oyununu oktyabrın 30-da Lixtenşteyn yığmasına qarşı keçirəcək.