"Neftçi"nin kapitanı Emin Mahmudov yeni mövsümə "Qarabağ"da başlaya bilər.
Offsideplus.az xəbər verir ki, paytaxt klubu ilə sözləşməsi mövsümün sonunda başa çatacaq yarımmüdafiəçi «köhlən atlar»ın formasını geyinmək istəyir.
Paytaxt təmsilçisinin rəhbərliyi də artıq bundan xəbərdardır. Moskva "Spartak"ının yetirməsi daim avrokubokların qrup mərhələsində çıxış edən və "Neftçi"dən daha iddialı olduğu üçün "köhlən atlar"la anlaşmağa maraq göstərir.
Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov da onun keçidinə müsbət yanaşır. Təcrübəli mütəxəssis hələ ilk dəfə 3 il öncə Emini "Qarabağ"da görmək fikrində olduğunu bildirib.(sportinfo.az)