19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələ oyunlarına start verilib.
Offsideplus.az xəbər verir ki, bu gün Azərbaycan yığmasının yer aldığı ikinci qrupda ilk görüş keçirilib.
Türkiyə Lüksemburqu qəbul edib. Oyun 4:4 hesablı bərabərliklə başa çatıb.
Qeyd edək ki, yığmamız da bu gün ilk oyununa çıxacaq. Millimiz Bakı vaxtilə saat 18:00-da seçmə mərhələyə ev sahibliyi edən Bolqarıstanla üz-üzə gələcək.