Cənubi Afrika Respublikasından olan futbolçu Siyanda Xulu "Turan Tovuz"a keçidi barədə ölkəsinin mətbuatına danışıb.

 Offsideplus.az xəbər verir ki, 31 yaşlı müdafiəçi Tovuz təmsilçisində oynamaqdan məmnun olduğunu dilə gətirib:

"Özümə yeni ev tapdığım üçün xoşbəxtəm. İsrailin “Hapoel” (Tel Əviv) klubu ilə müqaviləm ləğv olunduqdan sonra da planım xaricdə qalmaq idi. Amma asan olmayacaq. Burada yeni mühit, mədəniyyət və liqa var. Ümid edirəm ki, mənim və "Turan Tovuz" üçün məhsuldar mövsüm alınacaq".

Qeyd edək ki, "Turan Tovuz" Xulu ilə bir illik müqavilə bağlayıb.