"Araz-Naxçıvan" daxili transferdə növbəti addımlarını atıb.
Offsideplus.az xəbər verir ki, Naxçıvan təmsilçisi daha iki futbolçusu ilə müqavilə müddətini uzadıb.
Slavik Alxasov və Ömər Buludov yeni mövsümdə də "qırmızı-ağlar"ın uğurları üçün tər tökəcəklər. Hər iki oyunçu ilə 1 illik yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, "Araz-Naxçıvan" bundan əvvəl qapıçı Tərlan Əhmədli ilə də müqavilənin müddətini uzatmışdı.


