Bu gündən Bakıda təlim-məşq toplanışına start verən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının hazırlıq proqramında dəyişiklik baş verib.
Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 24-də Bakı Olimpiya Stadionunda Qırğızıstan yığmasına qarşı keçirilməli olan yoldaşlıq oyunu ləğv edilib.
Buna səbəb sözügedən ölkənin millisinin Azərbaycana səfər edə bilməməsidir.
Qeyd edək ki, U-21 sentyabrın 27-də Bakı Olimpiya Stadionunda Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.