Türkiyənin İstanbul şəhərindəki təlim-məşq toplanışını başa vuran 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində türkiyəli yaşıdları ilə növbəti yoldaşlıq oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Millimizin heyətində Eda Nur Mutlu fərqlənib.
Qeyd eədk ki, tərəflər arasındakı ilk oyunda Türkiyə 3:0 hesabı ilə qalib gəlmişdi.