Bosniya və Herseqovinada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoxlama matçını keçirib.

Offsideplus.az xəbər verir ki, yığma komanda bu ölkənin müvafiq yaş qrupundan ibarət seçməsi ilə qarşılaşıb. Oyun 1:0 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.

Qeyd edək ki, tərəflər arasında növbəti matç avqustun 25-də olacaq.