AFFA İntizam Komitəsi 2022/23 mövsümünün ilk iclasını keçirərək Misli Premyer Liqasının 1-ci turunda keçirilən oyunlardakı qayda pozuntuları ilə bağlı qərarlarını açıqlayıb.
Offsideplus.az AFFA-nın saytına istinadən xəbər verir ki, “Zirə” ilə matçda meydana kənar əşyalar atıldığı üçün “Kəpəz” 1600 manat cərimələnib. Rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə qırmızı vərəqə alan “Zirə”nin müdafiəçisi Dmitrios Çantakias 1 oyunluq cəzalandırılıb, klubu 200 manat cərimələnib.
“Qarabağ” – “Səbail” matçında “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.
“Turan Tovuz” – “Qəbələ” oyununun 32-ci dəqiqəsində “Turan Tovuz” klubunun 30 nömrəli futbolçusu Piruzi Marakvelidze kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulduğu üçün 2 oyunluq cəzalanıb, klub isə 1600 manat cərimə olunub.