Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Birmingem şəhərində keçirilən 11-ci Dünya Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında Sərəncam imzalayıb.
Offsideplus.az xəbər verir ki, Sərəncama əsasən, idmançılar və onların məşqçiləri aşağıdakı məbləğdə mükafatlandırılıblar:
- birinci yeri tutmuş idmançı – 20000 manat, onun şəxsi məşqçisi – 10000 manat, həmin idman növü üzrə baş məşqçi – 10000 manat;
- üçüncü yeri tutmuş komanda – 20000 manat, komandanın hər bir məşqçisi – 5000 manat.