Region Liqasında mübarizə aparan "Xan Lənkəran" klubu sözügedən turnirdə çıxışdan imtina edib.
Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı cənub təmsilçisinin prezidenti Pərviz Hüseynov instaqram hesabında paylaşıb.
O, səbəb olaraq AFFA-nın qoyduğu tələbləri göstərib. Belə ki, komandanın Birinci Divizionda çıxış etməkçün Region Liqasında 3 il mübarizə aparmalı olması ilə bağlı tələb cənubluları narazı salıb.
Paylaşımı təqdim edirik: