İyulun 29-da Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği, yaylaq və elat mədəniyyətinin yaşadılması və beynəlxalq miqyasda tanıdılması məqsədilə ikinci Milli Yaylaq Festivalı start götürüb.
Offsideplus.az xəbər verir ki, artıq ikinci dəfə təşkil olunan festival bu il Hacıkənddə yerləşən Xan yaylağını məkan seçib.
Festivalın ikinci günündə gənclər və idman naziri Fərid Qayıbov yaylaqda müxtəlif milli idman növləri ilə tanış olub və nərd oyunçularına yaxınlaşıb. Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti Kazım Qurbanov isə nərd oyununun Azərbaycanda yayılması ilə bağlı məlumat verib.
Daha sonra nazir Fərid Qayıbov yarış iştirakçısı ilə birlikdə nərd oynayıb və yekunda qələbə qazanıb.
Oyundan maraqlı anları sizə təqdim edirik: