Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışını davam etdirən “Sabah” bu gün sonuncu yoxlama oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, komanda Kiprin “Nea Salamina” klubu ilə qarşılaşıb. Görüş "Sabah"ın 1:2 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan klubunun heyətində yeganə qolu Bəxtiyar Həsənalızadə vurub.

Qeyd edək ki, iyulun 17-dən Banskoda təlim-məşq toplanışında olan Murad Musayevin yetirmələri daha öncə İsrailin “Hapoel Hadera” (0:1) və Kiprin “Akritas Xlorakas” (2:3) klubları ilə qarşılaşıb. Bolqarıstan toplanışına iyulun 31-də yekun vurulacaq.