2022/23 mövsümü üçün hazırlıqlarını Türkiyənin Ankara şəhərində davam etdirən “Sumqayıt” dünən sözügedən ölkədə sonuncu yoxlama oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, Aleksey Baqanın baş məşqçisi olduğu komanda son İran çempionu “İstiqlal”la üz-üzə gəlib və 0:1 hesabı ilə uduzub.
Qeyd edək ki, bu gün keçiriləcək bərpa məşqi ilə “Sumqayıt” 2022/23 mövsümü üçün hazırlıq prosesinin 2-ci mərhələsini yekunlaşdıracaq. Komanda 30 iyul tarixində Vətənə qayıdacaq.