Bu gün AFFA İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib.
Offsideplus.az xəbər verir ki, iclasda qəbul olunan qərarlardan biri də Region Liqasından I Diviziona keçidlə bağlı olub.
Belə ki, Region Liqası komandalarının I Divizionda çıxış edə bilməsi üçün AFFA-nın baş katibliyi və Peşəkar Futbol Liqası tərəfindən meyarlar müəyyənləşdiriləcək. Meyarlara tam cavab verən və müvafiq müraciəti ilk təqdim edən klubun isə 2022/2023-cü illər mövsümündə I Divizionda iştirakı təmin olunacaq.
Bəs görəsən, Region Liqasında son mövsümün finalçısı olan "Xan Lənkəran" I Diviziona gətirilə bilər?
Ümumiyyətlə, cənub təmsilçisində bu haqda informasiya varmı?
Suallarımızı "Xan Lənkəran"ın idman direktoru Emin Təyyaroğluya ünvanladıq. Klub sözçüsü saytımıza açıqlamasında bu barədə heç bir məlumatının olmadığını bildirdi. O, hər hansı yenilik olacağı təqdirdə mətbuata informasiya veriləcəyini söylədi.
Fəqan İbrahimli