AFFA Hakimlər Komitəsinin yeni sədri müəyyənləşib.

 Offsideplus.az xəbər verir ki, bu gün AFFA İcraiyyə Komitəsində bu məsələ ilə bağlı qərar verilib. Türkiyəli mütəxəssis Barış Şimşək qarşıdakı 2 il ərzində analoji vəzifədə yer alacaq. Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, 46 yaşlı keçmiş hakim karyerası ərzində 255 oyun idarə edib. Türkiyə Super Liqasında isə 160 matçda baş hakim kimi meydanda olub. O, sabiq FİFA referesidir.